• 26 Noyabr 2020

Ruzi üçün çalışmaq

İnsan Allaha təvəkkül etmədiyi üçün ac qalma qorxusuna qapılır və bu səbəblə də, haram qazanc yollarına əl atır. Bu, Allaha təvəkkülün olmamasından irəli gəlir.

Allahın təqdir etdiyi ruzi bir az geciksə belə, nəticədə insanı tapacaqdır. Buna görədə mömin Allahdan qorxmalı, halalı əldə edib haramdan uzaq durmalıdır[1].

İki şey insanı eynilə kölgəsi kimi addım-addım təqib edər: Biri əcəli, digəri də ruzisidir. Onlardan qaçıb qurtulmaq və zamanı gəlmədən onlarla qarşılaşmaq mümkün deyildir.

İnsan quşlar kimi ruzi ardınca qaçmalı, keçimini təmin etmək üçün çox çalışmalıdır.

Müsəlman yoxsulluğu bəhanə edərək evdə yata, başqalarına əl aça, onlardan nə isə uma bilməz.

Peyğəmbərimiz (s.ə.s ) belə buyurmuşdur: “Heç kimə öz qazancından daha xeyirli ruzi verilməmişdir”.[2]

İnsan dünya həyatına imtahan üçün gəlmişdir.

Allah-Təala bizi “Bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə”[3] imtahan edəcəkdir.

Yaşadığımız müddətcə bu imtahanlar bitməyəcək, Allah-Təala aramızdakı səbir edənləri ortaya çıxarana qədər bizi imtahan edəcəkdir.[4]

İnsan olaraq həyatımızdakı insanların bizi sevmələrini istəyər və bəzən onların  bizim üçün edə biləcəkləri işlərə baxaraq bir növ onların bizə qarşı olan sevgilərini imtahan etmiş oluruq. Sevmək fədakarlıqdır. Allah-Təala bütün bəndələrini sevir və sevdiyini imtahan edir. Allah bizləri ona təvəkkül edən, etdiyi imtahanlardan üzü ağ çıxan qullarından etsin. Amin!


[1] İbn Macə,Ticarət,2

[2] Buxari,Büyu,15

[3] Bəqərə, 2/155

[4] Muhamməd, 47/32

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 12 dəfə.

Araz İbrahimli

Read Previous

Yaxşılıq et, at dənizə. Balıq bilməsə, Xaliq (Yaradan) bilər

Read Next

Dərd və Bəlaların Səbəbi Nədir?