• 11 Dekabr 2019

Sıxıntılarımıza qarşı səbrli olmaq

sabirli_olmak2Allah yolunda cürbəcür sıxıntılara dözən Rəsuli-i Əkrəm (sav) Əfəndimiz, tutduğu yolda uğur qazanıb Allahın müsəlmanlara qüvvət və qələbə lütf etdiyi zamanlarda belə bir kənara çəkilib insanların əziyyətindən xilas olmağı əsla düşünmədi.
Bir gün sıxlıq bir səhabə qrupunun içində diz üstü oturmuş yemək yeyərkən Onu bu halda görüb çaşbaş qalan bir bədəvi:
“-Bu Necə və nə dəyişik bir oturuşdur!” Deyərək Əfəndimizin yüksək ədəbi qarşısındakı heyrətini ifadə etdi. Rəsulullah (s.a.v.) isə:
“Allah Təala məni şərəfli bir qul olaraq yaratdı (təvazökar bir qul etdi), inadçı və kobud deyil!” Buyurdu. (Əbu Davud, Ətimə, 17/3773)
Yəni özünün heç bir zaman məğrur və qürurlu insanlar kimi hərəkət etməyəcəyini bəyan etdi. Beləcə incə və həssas ruhu bütün insanlığa nəzakət və zəriflik timsalı olan Əfəndimiz (sav) inadçılıq və zorakılıq kimi pis sifətlərin, mömin şəxsiyyəti ilə əsla bağdaşmayacağına işarə buyurdu.
Peyğəmbər Əfəndimiz (səv)-in əmisi Həzrəti-i Abbas (ra) da, əziz qardaşı oğlunun insanların müxtəlif əziyyətlərinə məruz qalmasından böyük iztirab duyurdu. Bunun üçün, Fəxri-i Kainat Əfəndimiz (səv)-in yüksək bir taxt üzərində oturub heç olmazsa bu çətinliklərin bir qisimindən xilas olmasını istəmişdi. Əfəndimiz (səv) isə:
“Xeyr! Allah məni onların aralarından alıb hüzura qovuşduruncaya qədər onların aralarında olacam. İstəyir  paltarımı çəkişdirsinlər, qaldırdıqları tozlarla məni narahat etsinlər!”Buyurdu. (İbn-i Sad, II, 193; Heysəmi, IX, 21)
“İnsanların arasına qarışıb onların əziyyətlərinə dözən bir müsəlman, onlara qarışmayıb əziyyətlərinə dözməyən bir müsəlmandan daha xeyirlidir.” (Tirmizi, Qiyamət, 55/2507)
Həzrəti-i Mövlana nə gözəl buyurur:
“Ayın qaranlıq gecədən qaçmaması, səbr etməsi, onu nurlandırır, işıqlandırır. Gülün, tikanın yoldaşlığına dözməsi, səbr etməsi də, ona çox gözəl bir qoxu, lətif bir rəng verir. ”
“Bütün peyğəmbərlərin, özlərinə inanmayanların və ya cahillərin əza və cəfalarına dözmələri, səbr etmələri, onları Haqqın xas qulları etmiş, onları mənəvi müzəffər sultanlar halına gətirmişdir.”
“Əgər səbri (gözəlcə) yaşayabilsən o sənə qanad olur, səni zirvələrə ucaldar! Həzrəti-i Mustafaya bax! Səbir ona Burak oldu, Mirac oldu, Onu Sidrəyi Müntəhaya qaldırıb Onu göylərdən də ucalara yüksəltdi.”
Həzrəti-i Peyğəmbər (səv) Əfəndimizin ümmətinə olan düşkünlüyü, Ona bu uğurda çəkdiyi bütün çətinlikləri unuttururdu. Ümmətinin qurtuluşu yolunda heç bir çətinlik Onu bezdirmədi, insanların ona verdiyi çətinliklərdən zərrəcə şikayət etmədi, Rəbbinə daim “ümmətim, ümmətim” deyə niyaz etdi. Çünki O, ümmətinin əbədi səadəti üçün öz rahatlığını tərk etmişdi.

Mənbə:İslamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 192 dəfə.

calal calalov

Read Previous

Genişlənən kainat

Read Next

Əbu Damdam kimdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.