• 02 Dekabr 2024

ALLAH ÜÇÜN MÜSƏLMANLARIN BİR BİRİLƏRİNİ SEVMƏSİ

Sevgi Uca Allah (c.c)- ın biz qullarına verdiyi ən önəmli xüsusiyyətlərindən biridir. İnsan oğlu sevgi sayəsində özündə olan mənfi xüsusiyyətlərin qarşısına keçərək, çirkin davranışlardan uzaqlaşır və beləcə daha hüzurlu və firavan həyata adım atmış olur. Sizə bəhs etməyə çalışacağım bu  sevgi, sizin də etiraf edəcəyiniz kimi bu gün aramızda ən böyük çatışmamazlıqlardan biri olan “Allah üçün müsəlmanların bir birilərini sevməsi” haqqında olacaqdır. Bildiyimiz kimi Allah üçün bəslənən sevgi, sevgilərin ən üstünüdür. Sevgili Peyğəmbərimiz (s.ə.s) bu barədə belə buyurmuşdur: “Allaha and içirəm ki, iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir –birinizi sevmədikcə də iman etmiş olmazsınız. Sizə yerinə yetirəcəyiniz təqdirdə bir-birinizi sevəcəyiniz bir şey söyləyim mi? Aranızda salamı yayın!”[1]

Gördüyünüz kimi bu hədisi şərif, cənnətə girmənin yollarından birinin, müsəlmanların bir-birilərini heç bir mənfəət gözləmədən, sırf Allah rızası üçün sevmələri olduğuna bağlamışdır. O halda biz müsəlmanlar aramızda Allah sevgisini nə qədər yayarıqsa, düşmənliyin, kinin və mənfi davranışların da qarşısına o qədər keçmiş olarıq.

Bu haqda Rəsulullah (s.ə.s) əfəndimizin başqa bir  hədisi şərifində də belə buyurulur:

 “Bir gün bir adam , başqa kənddə yaşayan din qardaşını ziyarət etmək üçün yola çıxır. Allah Təala o adama  nəzarət etmək üçün onun gedəcəyi yola, bir mələyi vəzifələndirir. Adam mələyin yanına gəldikdə; Mələk: “Haraya gedirsən? deyə soruşur. Adam, bu yaxınlıqda bir din qardaşım var, onu ziyarətə gedirəm”-deyə cavab verir. Mələk :

 O adamdan əldə etmək istədiyin bir mənfəətmi var? deyə soruşdu. “Xeyr, mən onu sırf Allah rızası üçün sevirəm, onun üçün ziyarətinə gedirəm” cavabını verdi. Mələk cavabında, “Sən onu necə sevirsənsə Allah da səni elə sevir. Mən, bu xeyirli xəbəri vermək üçün Allah Talanın sənə göndərdiyi elçiyəm” [2]

Heç şüphəsiz ki, hər mömin Allah üçün sevilməlidir. Möminlərin hər biri, rəngi və ətri müxtəlif gül baxçasına aid güllərdir. Möminlər, bir-birini tamamlayan bir ailənin üzvləri kimidirlər.

 Peyğəmbərimiz (s.ə.s) “Allahın qulları arasında elə üstün kimsələr vardır ki, peyğəmbər deyillər, lakin peyğəmbərlər və şəhidlər onlara qibtə edəcəklər.” Bunu eşidən əshab; “Ya Rəsulallah, onlar kimlərdir? Bəlkə onlarla tanış olaraq onların duasını almış olarıq” dedilər. Peyğəmbərimiz (s.ə.s) “Onlar bir sülalədən qohum olmadıqları halda, sırf Allah üçün bir-birilərini sevənlərdir. Axirətdə nurdan minbərlər üzərində, üzləri də ay kimi parlayacaqdır. Hərkəsin qorxudan hüzn və kədərə boğulduğu o gündə, onlar nə  qorxacaqlar nə də kədərlənəcəklər ”– dedikdən sonra Allahın Rəsulu bu ayəti oxudu: “Biləsiniz ki , Allahın dostlarına heç bir qorxu yoxdur. Onlar hüzünlənməyəcəklər də.” [3]

Ənəs ibni Mâlik (r.a) dan rəvayət olunan bir hədisi şərifdə də  belə buyrulur:

Peygəmbərimizin (s.ə.s) hüzürunda bir adam vardı. Başqa bir adam da onların yanından gəlib keçdi. Arxasından, Hz. Peygambərin (s.ə.s) hüzurundaki kimsə:

– Ey Allahın Rəsulu! Mən  gedən bu adamı Allah üçün sevirəm,  dedi. Peygəmbərimiz (s.ə.s):

– “Yaxşı bəs sən ona sevdiyini bildirdin mi?” buyurdu. Adam:

– Xeyr, Ya Rəsulullah (s.ə.s) dedi. Hz. Peygamber (s.ə.s):

– “O zaman ona sevdiyini bildir” buyurdu.

Adam dərhal qalxıb o şəxsin arxasından yetişdi və:

– Mən  səni Allah için sevirəm, dedi. O da:

– Məni rızası üçün sevdiyin Allah da səni sevsin, cavabını verdi. 

Gördüyünüz kimi din qardaşını Allah üçün sevən kimsənin, ona bu sevgisini bildirməsini Peyğəmbərimiz (s.ə.s) həm sözləri ilə həm də tətbiqatlarıyla bizə tövsiyə etmişdir.

Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə  buyurdu:

Heç şübhəsiz ki, Allah Təala qiyamət günü:

“Harada mənim rızam üçün bir birlərini sevənlər? Kölgəmdən başqa kölgənin olmadığı bu gündə, onları öz ərşımın kölgəsində kölgələndirəcəyəm”[4] buyurdu.

Uca Allah bir-birimizi heç bir qarşılıq gözləmədən, sırf Allah rızası üçün sevənlərdən eyləsin. (Amin)


[1]     Riyazüs- Salihin C. 1. Hd. N:379

[2]     Müslim, Birr 38

[3]  Yunus, 10/62

[4] Müslim, Birr 37. Ayrıca bk. Tirmizî, Zühd 53.

Read Previous

Qurtuluşa çatmış kimsə

Read Next

Uşaqlara Gözəl ad vermək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.