• 27 Dekabr 2024

Cavabı bilinməyən sual

yuxuQurani Kərimdə bəzi məsələlər insanların suallarına cavab olaraq açıqlanır. Hz Peyğəmbərə “Sənə qiyamətdən , gənimətlərdən, yetimlərdən, haram aylardan, infaqdan soruşarlar.” Buyurularaq “De ki” xitabıyla, verəcəyi cavab bildirilir. Bunlardan biri İsra surəsində belə buyurulur; “Sənə ruh haqqında sual soruşarlar. De ki, Ruh Rəbbimin əmrindəndir. Sizə elmdən az bir şey verilmişdir.” (İsra 85.) Görüldüyü üzrə burada,” Sizə elmdən az bir şey verilmişdir. “Fərmanı ilə cavabın bildirilməyəcəyi ifadə edilmişdir.
Ayəti kərimədə ifadə edildiyi üzrə, ruhun mahiyyətini bilmək mümkün deyil. Çünki ruh Rəbbin əmri olması hesabıyla qeybi bir mövzudur. Beləliklə “Ruh lətif, nurani və səmavi bir cisim olub, gül suyunun gülün maddəsinə yayıldığı kimi bədənə yayılır.” Deyilmişdir. Bununla birlikdə alimlər, bu mövzuda məlumatları daxilində olan xüsusları açıqlamışlar və ruhu “canlılarda həyatı təmin edən ünsür” şəklində təsvir etmişlər. Buna görə, insan ruhu deyilincə canlılıq, şüur, ağıl, idrak kimi xüsusiyyətlərə sahib bir varlıq nəzərdə tutulmuş olur. İnsanların heyvanlardan fərqli olması, ruhlarının dəyişik yaradılmasından meydana gəlir. İnsanlar arasındakı fərq də eyni ruh növü içində dəyişik mərtəbələrdə olmalarındandır. Məsələn peyğəmbərlərin qeyb aləmindən xəbərlər almaları, yüksək bir ruhi mərtəbəyə sahib olmalarıyla əlaqəlidir.
Alimlər ruhun xüsusiyyətlərini belə ifadə etmişlər: “Ruh, mələklərin cövhərindən olub bədənin şəklinə bürünərək sürətlə hərəkət edir. Uzun məsafələri qısa müddətdə qət edir. Bədəndən çıxarılıb alındığında möminin ruhundan gözəl bir qoxu, kafirin ruhundan da pis qoxular yayılar. Ancaq, Allaha iman və itaət baxımından da ruhların xüsusiyyətləri fərqlidir. Bəzilərinin cismani, bəzilərinin də ruhani tərəfləri ağırlıq təşkil edər. Bu mənada yüksək ruhlu insanlar peyğəmbərlərdir. Onlardan sonra salehlər və alimlər gəlir.”
Qurani- Kərimdə ruh kəliməsi iyirmi yerdə geçir. Rəsulullah (səv) Bədir döyüşündə müşriklərə aid cəsədlərin yanına gələrək onlara, “Rəbbinizin sizə əvvəldən xəbər verdiyi acı nəticəni daddınız mı?” Deyə səslənincə, Hz. Ömər (r.a.); “Ruhları olmayan cəsədlərə mi xitab edirsən?” Deyə soruşdu. Bunun üzərinə Rəsulullah (səv.); “Onlar, söylədiyimi eşidirlər lakin cavab verə bilmirlər. ” buyurmuşdur.
Təfsirlərdə ifadə edildiyinə görə, ölü qəbirə qoyulunca ruh, dünya şərtləri ilə hissedilməyəcək şəkildə bədənə qaytarılır. Sorğu-sual tamamlandıqdan sonra vəziyyətinə görə qiyamətə qədər əzab hiss edər və ya ehsan edilər. Ölünün əzab görməsi və ya nemətlər içində olması, ölümündən sonra varlığını davam etdirən ruhu vasitəsiylə reallaşar. Necə ki Rəbbimiz Allahdır deyib sonra doğru davranan möminlərə ölümləri anında mələklərin enəcəyini, onlara təhlükəsizlik və cənnət müjdəsi verəcəyini (Fussilət 30.) bildirən ayəti kərimə, ölümdən sonra mömin ruhların cənnət nemətlərini, kafir ruhların da cəhənnəm əzabını bir şəkildə hiss etdiklərinə işarədir. Səhih hədislərdə də bu növ şərhlər vardır; Qəbirdən cənnətə və ya cəhənnəmə bir qapı açılacağı bildirilmiştir.
Bu mövzuda insanın iki mövqeyi var. Birincisi, ruhun mahiyyətini anlamağa çalışmaqdır ki, bu insanlığın qədim bir sualı olub cavabı yoxdur. İmam Qəzalinin İhya adlı əsərində ifadə etdiyi üzrə, “Ruhun mahiyyətini insanın idrak etməsi qeyri-mümkündür və açıqlanması da imtahan sirrinə ziddir.” İkincisi, ruhun bədən qəlibinə girdiyində aldığı adlarla mərhələlərin ümumiyyətlə bilinməməsidir. Təmizlik və Təzkiyyənin lazımlı olmasına əhəmiyyət verməmək və yalnız bədənin ehtiyaclarına cəmləşməkdir. Halbuki insan, dünyaya nə üçün və necə göndərildiyini bilməli, buna görə bir həyat sürməlidir. Ruhun əsl ünsür olduğunu, bədənin də ona qəlib və bir vasitə olduğunu unutmamalıdır. İbrahim Hakkı həzrətlərinin ifadə etdiyi kimi insanlar, ruhlarının və bədənlərinin haradan gəlib hara gedəcəyini həmişə yadda saxlamalıdırlar.
İnsana bir əmanət verilmiş və sanki belə deyilmişdir; “Sənə verilən bu qiymətli əmanət, gördüyündən ibarət deyil. Diqqət elə! Görə bilmədiyin qismi, mahiyyətini bilməyəcəyin qədər mühümdür. Vaxtı gələndə təslim alınacaq olan da odur.”
“Böyük xəbər” dən söz edən Nəbə Surəsində “Yuxunuzu istirahət, gecəni örtük etdik. Gündüzü isə dolanışıq qazanmaq vaxtı etdik.” buyurulur.
Qurani- Kərimin bir çox ayəsində, gecə ilə gündüzün bir-birini izləməsiylə yuxunun möcüzəvi tərəfinə diqqət çəkilir. Mövsümlərə görə uzanıb qısalması belə, ayrı bir möcüzə olan gecələr gündüzlərə, bir-birinə əlavə olunub gedən gündüzlər də gəlib çatması şübhəsiz olan “Böyük Gün” ə hazırlıq üçündür.
Burada, “Ümumiyyətlə vaxt, xüsusi ilə də gecələri necə qiymətləndirilməlidir?” sualını ortaya qoyduğumuzda, gecəsi-gündüzü Əfəndimiz (səv) -in gündəlik yaşayışını zehinlərdə canlandırmaq lazımdır. Bilirik ki, onun həyatı Allaha ibadət, İslamın təbliği və bütün yaradılmışlara mərhəmətdən ibarətdir, yuxusu da, qulluq vəzifələrinə güc qazanmaq üçündür. Bu səbəbdən ümmətə öyrətdiyi, hər halda var olma şüuruna sahib olmaqdır, vaxtın dəyərini bilərək yaşamaqdır.

Mənbə:islamveihsan.com

Read Previous

Böyük günahlar

Read Next

Peyğəmbər (s) adi bəşərdirmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.