• 27 Dekabr 2024

İslam qardaşlığı necə olmalıdır?

islam_kardesligi2-702x336On dörd əsrlik İslam tarixi, iman qardaşlığının yaşandığı dövrlərdəki zəfərlər və fəthlər, yaşanmadığı dövrlərdə isə məğlubiyyət və itkilər məcmuəsidir. Qardaşlıq olduğu vaxt, Əndülüs bir ovuc müsəlmanla fəthedilmiş, qardaşlıq yerini ayrılığa və düşmənlə ittifaqa tərk etdiyi zaman yüz minlərlə müsəlmanın qarşısını ala bilmədiyi bir məğlubiyyət və faciə ilə o torpaqlar itirilmişdir.

Möminlər öz aralarında bütöv bir bina kimidirlər. Ayəti-kərimədə buyurulur:
“Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.. (Əs-Saff, 4)
Ayətdəki bina bənzətməsi, müsəlmanların Haqq yolundakı səylərinin, həm maddi olaraq, təşkilatlı, tərtibli, nizamlı olmasını, həm qəlbi olaraq eyni məqsəd ətrafında ideal birliyi, niyyət birliyi içərisində bir araya gəlmiş, aralarında heç bir soyuqluq, mənfi hisslər olmadan birləşmiş olmalarının gərəkliliyini ifadə edir. Bir cəmiyyəti ayrıılmaz bir hala gətirən, onların inandığı həqiqətlər ətrafında birləşmələridir.
Qardaşlığı qüvvətləndirmək üçün ünsiyyəti davam etdirmək, pis xasiyyətlərə səbr etmək və kədərli, incidici davranışlara qarşı təbəssüm etmək lazımdır ki bunlar da Allah təalanın sevdiyi xislətlərdir. Hədisi-şəriflərdə buyurulur:
“Mənim rızâm üçün bir-birlərini sevənlərə, mənim rızam üçün bol-bol xərcləyənlərə , bir-birlərini sevmədə səmimi və içdən davranan sadiqlərə, qohumluq və dostluq əlaqələrini kəsməyənlərə və ya bir-birlərini ziyarət edənlərə sevgim vacib olmuşdur.” (Əhməd bin Hənbəl, Müsnəd, V, 229)
“Allah Təala, Əvvəldən bəri gələn qardaşlığə davam etdirməyi sevər. Elə isə qədim dostluqlarınızı davam etdirin. “(Deyləmi, Müsnəd, I, 154)
“Allah;mülayim, yumşaq və gülər üzlü kimsəni sevər. “(Beyhəqi, Şuab, VI, 254/8055, 8056)
Bu gün qardaşlığımızı və cəmiyətimizin qardaşlıq toxumasını bu nəzərlə gözdən keçirməliyik.
Cəmiyyətimiz, Malazgirtdə və Çanaqqalada və başqa yerlərdə olduğu kimi tək bir ürək halındadırmı? Yoxsa cəmiyyətimizin ürəyi çatlaqlarla doludurmu?
Haqq yolunda cəhdlərimiz, fədakarlıalarımız, əshabi-kiram ilə, şanlı əcdadımız ilə müqayisə edildiyində hansı səviyyədədir?
İbadət həyatımız, ailə həyatımız, iş həyatımız, Uca Allahın sevdiyi təqva, ehsan, tövbə və təmizliyə riayət ölçülərinə görə nə vəziyyətdədir?
Quran kurslarını, Mübarək Ramazan aylarını, cəmiyyətdəki yaraların müalicəsi üçün qənimət bilmək zəruridir. Allahın sevdiyi cihad edən qullardan olmaq üçün, hər kəs öz imkanları ilə Quran müəssisələrinə dayaq durmağa tələsməlidir. Məscidləri dolduran uşaqlarımızın, «qəlbi məscidlərə bağlı qalan gənclər» olmasına maksimum səy göstərməyimiz lazımdır.
Əhli- dünya, fani və keçici ləzzətlərinə hər cür bəzəkli, cazibəli vasitəylə çağırarkən, əhli-iman da hər cür imkanını, Haqqın yolunu sevdirməkdə səfərbər etməkdən imtina etməməlidir.
Təbəssüm ilə, İslamın gülər üzünü, ədaləti paylayan, Haqqı və həqiqəti müdafiə üçün cəhdlərindən ayrılmayan, təqva həssaslığı yaşayıb, ən kiçik bir sürüşmədə tez tövbə və təmizlənmə qapısına yönələn möminlər, ilahi məhəbbətə nail olan, bəxtiyar qullardır.

Mənbə:islamveihsan.com

Read Previous

Dost seçimi haqqında hədisi şəriflər

Read Next

Namazı tərkedənin İslamdan nəsibi yoxdur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.