• 13 Noyabr 2024

“Ölkədən çıxarılan valyuta məbləğinin çox olması manatı möhkmlədər” (VİDEO)

“Ölkədən çıxarılan valyuta məbləğinin çox olması manatı möhkmlədər” (VİDEO)

 

İqtisadçı Nazim Məmmədov gömrük qaydalarında aparılmış dəyişikliklər barədə danışıb.

Ötən axşam ANS TV-də baş xəbərin qonağı iqtisadçı Nazim Məmmədov olub. Qonaq “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə bağlı fikirlərini ANS tamaşaçıları ilə bölüşüb.

“Ölkədə liberallaşma gedir. Xarici iqtisadi əlaqələr nə qədər liberallaşsa bir o qədər həm vətəndaşların həm də ölkənin xeyrinə olar. Çünki heç kəsə sirr deyilki istənilən vəsaiti plastik kartlarla ölkənin xaricinə çıxartmaq mümkündür. Ona görə bəyannaməsiz aparılan məbləğ 500 dollar artırılmasını mən müsbət sayıram. Hesab edirəm ki, bunu bir az da artırmaq olar. Çünki əvvəllər icazə verilirdi 1000 dollara yaxın vəsaiti bəyannəməsiz aparmaq mümkün idi. İndi o artırılır 1500, eyni zamanda hər gələn şəxs ölkəyə istər Azərbaycan vətəndaşı olsun, və yaxud xarici vətəndaşı olsun özünün şəxsi istifadəsi üçün, yəni konversiya istehsal üçün yox, öz şəxsi məsləkləri üçün 1500 dollarlıq şəxsi əşya gətirə bilər. Eyni zamanda yetkinlik yaşına çatmamış uşaqlar üçün də 500 dollarlıq şəxsi əşya gətirə bilər. Yəni bu da müsbət addımdır. Bildiyiniz kimi fiziki şəxslərin ölkəni keçib gəlməyi bu kommersiya xarakterini daşımamalıdır. Əslində bu məsələləri bizim vətəndaşlarımızdan ən çox həm ziyarət, həm ticarətlə məşgul olurlar. Xaricə ölkələrə getdikdə öz qohum əqrabalarına digər vətəndaşlarımız da pay kimi eyni adlı məhsuldan bir neçəsini gətirirlər. Onlara məsləhətimiz odurki, eyni adlı məhsuldan olmasın digər məhsuldan gətirsinlər. Ancaq bunu da onlar bilməlidirlər ki, 1500 dollardan yuxarı qiyməti olan vəsaitlər, istəyirsiz bu orxtexnika olsun, istəyirsiz şəxsi istifadə üçün başqa əşyalar olsun bunları gömrükçülər elə tuta bilərlərki siz bunu kommersiya məqsədi ilə gətirirsiniz”.

Mənbə: anspress.com  Keçid üçün klik et

 

Read Previous

İlham Əliyev Serj Sarkisyanla bu ilin sonlarında görüşə bilər

Read Next

Qurumuş nəcasətin paltara toxunması ilə paltar çirklənmiş olarmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.