• 29 Mart 2024

Sələfilik nədir?

Günümüz Sələfilyi

Vəhhabilərin 18-19-cu əsrlərdə Osmanlı imperiyasının tərkibindən ayrılmaq və Ərəbistan yarımadasına yayılması “Allah yolunda cihad” şüarı ilə həyata keçirilmişdi. 20-əsrin əvvəllərində Əbdüləziz ibn Səud Osmanlı imperiyası, Rəşid oğulları və Şərif sülaləsi ilə mübarizədə də eyni siyasəti güddü. Onun qurduğu “İxvan təşkilatı” cihad hərəkatının əsasını təşkil edirdi. İbn Səudun göstərişi və maddi dəstəyi ilə Nəcddə yaşayan müxtəlif bədəvi qəbilələr kənd və qəsəbələrə yerləşdirildi. Vəhhabi alimlərinin dini təlimlərini öyrənən bədəvi qəbilələr İbn Səudun bayraqdarlığı altındakı cihada qoşuldular və 1926-cı ilə qədər davam edən hərbi yürüşlərdə Səudiyyə Ərəbistanının bugünkü sərhədlərinə gəlib çatdılar. Artıq dövlətin sərhədləri İngiltərənin hakmiyyəti altında olan Küveyt, İraq, İordaniya və Fələstinə çatmışdı. Ona görə də İbn Səud hərbi yürüşləri saxlamaq məcburiyyətində qaldı. Lakin “İxvan təşkilatı”nın bəzi liderləri cihadın davam etdirilməsi tərəfdarı idilər. Onlar İbn Səudu ingilis kafirləri və Küveytli və Misirli müşrik dövlət xadimləri ilə diplomatik münasibətlər saxladığını və ona görə də dindən kənara çıxdığını düşünürdülər. Beləliklə İxvanın Küveyt və İraqa qarşı cihadın davam etdirilməsi fikri və İngiltərənin buna sərt reaksiyası İbn Səudla İxvanı qarşı-qarşıya gətirdi. 1929-cu ildəki Səbilə döyüşündə və sonrakı il Əhsa əyalətindəki əməliyyalar nəticəsində “İxvan təşkilatı” ortadan qaldırıldı.

Beləliklə Səudların 20-ci əsrin əvvəlllərində qurduğu üçüncü dövlət olan Səudiyyə Ərəbistanının qurulduğu ilk illərdə sələfilər iki yerə ayrıldılar. Bunlardan birincisi daha çox cihad tərəfdarı olan sələfilər, ikincilər isə onlara müxalif olan sələfilər idi. Hər iki tərəf bir-birini “səhih” sələfilikdən ayrılmaqda günahlanırırıdı. Səudiiyə Ərəbistanının yaranması ilə başlayan bu ayrılıq 11 sentyabr hadislərindən sonra daha da dərinlşmişdir.

1980-ci illərdə Sələfilikdə yeni bir tendensiya başladı. Artıq vəhhabilik öz əhəmiyyətini itirməyə, Əlbani, İbn Baz və İbn Üseymin kimi alimlərdən fərqlənən yeni alimlər ortaya çıxdı. Salman əl-Avdə və Səfər əl-Həvali bu yeni nəsil alimlərin ən önəmli simları idi.Bu alimlər çox qısa zamnda öz ətrafına bir xeyli tərəfdar toplaya bildi.

Bu alimlər cihad məsələsində digər sələfi məsləkdaşlarından fərqli yanaşırdılar. Onlar iddia edirdilər ki müsəlmanlar bugün cihad fərzini unutmuşlar. Quran ayələri bizi silahlı cihada səsləyir. Bu alimlər nəinki digər məzhəbləri hətta Sələfiliyin ən böyük alimləri sayılan Əlbanini, İbn Bazı və digərlərini də tənqid edirdilər. Körfəz müharibəsində Amerikanı dəstəklədiyi üçün İbn Bazı belə təkfir edirdilər. Lakin Səudiyyə dövlətinin təzyiqiləri ilə bu alimlər və ardıcılları öz iddialarını biraz yumuşaltmaq məcburiyyətində qaldılar. Lakin bu heçdə onların ideyalarından vaz keçdikləri mənasına gəlmirdi.

1980-ci illərdən etibarən Vəhhabilik və ya Sələfilik içərisində yuxarıda da qeyd olunduğu kimi yeni cərəyan meydana çıxdı və bu cərəyan 1990-cı illərin sonlarında hərb (cihad) yolunu seçdi. Bu cür cihad tərəfdarı yeni cərəyanı ortaya çıxaran bir çox ictimai-siyasi səbəblər vardı. Belə ki, hər şeydən əvvəl onu qeyd etməkl lazımdır ki, artıq sələfilik digər ərəb ölkələrində ortaya çıxan və inkişaf edən islamçı ideologiya ilə yaxından tanış olmuşdu. İran İslam inqilabı və Əfqanıstan cihadının təsiri ilə formalaşn yeni baxış tərzi Səudiyyə Sələfiliyini dərindən sarsmışdı. Körfəz müharibəsində Səudiyyə Ərəbistanının Amerika ilə müttəfiq olması dövlətin Qərb yönümlü siyasətindən narazı olan alimləri biraz da hiddətləndirdi. Amerika bazalarının S. Ərəbistanında yerləşməsi, bu bazalar vasitəsi ilə İraqın vurulması, Amerikanın Fələstin məsələsində İsrailə dəstək verməsi, sekulyarizm və Qərbə yönəlmə yeni ortaya çıxan müxalifətçi sələfilərin xalq arasında populyarlaşmasına zəmin hazırlamışdır.

Cihad tərəfdarı sələfilərlə digər sələfilər arasındakı fərqlər və oxşarlıqlara gəldikdə onları belə sıralamaq olar:

Əslində dini mətnlərə və digər İslam məzhəblərinə, demokratiyaya, təhsilə, milli adət-ənənə və mədəniyyətə baxışda sələfilərin hər iki qolu eyni cür düşünməkdədir. Bu cür məsələlərdə onlar arasında hər hansı bir fərqin mövcud olduğunu demək çətindir. Yəni hər iki qol dini mətnlərə hərfi məna verir, demokratiyanı qəbul etmir, Avropa təhsilinə və xüsusilə də qız uşaqlarının təhsil almasına xor baxır, bir millətin kimliyinin əsas ünsürləri hesab edilən adət-ənənələri və həmin xalqın mədəniyyətini rədd edir. Onların əsas fərqi cihada baxışındadır. Belə ki cihad tərəfdarları cihada başlamanın vaxtının çatdığını, cihadın hər kəsə fərz olduğunu, digərləri isə cihad üçün lazımi şərtlərin hələ yetişmədiyini düşünürlər. Bundan başqa cihad tərafadarı sələfilərdən fərqli olaraq digər sələfilər təkfir məsələsində daha həssas davranırlar. Dövlət başçılarının zahirdə müsəlaman kimi görünməsi ilə kifayətlənirlər və onları təkfir etmirlər. Cihad tərəfdarı sələfilərdə isə təkfir məsələsinə baxış ümumi formadadır. Lakin sələfilərin hər iki qolu yuxarıda da qeyd olunduğu kimi əsasən eyni prinsiplərə əsaslanır və onların dünyagörüşü bu prinsiplər əsasında formalaşmışdır.

Mehmet Ali Büyükkaranın “Dini Araştırmalar” elmi məcmuəsində çıxan “11 Eylülle Derinleşen Ayrılık: Suudi Selefiyye və Cihadi Selefiyye” adlı məqaləsindən ixtisarla

sunna.az

Read Previous

ADƏTLƏR VƏ XÜRAFƏLƏR – I yazı

Read Next

MÜSƏLMANIN DANIŞMA ÜSLUBU NECƏ OLMALIDIR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.