• 21 Dekabr 2024

Yetim müsəlmanların atəşpərəst qonşularına duaları

yetim-kimsesizVaxtilə bir atəşpərəst, oğulunu toy edirdi. Toya gələn qonaqlar üçün çox sayda qoyun və öküz kəsdirib yeyib içmək verirdi. Ət qoxuları bütün məhəlləni sarmışdı.
Atəşpəstin evinə bitişik evdə, müsəlman, dul bir qadın, dörd yetimiylə birlikdə yaşayırdı. Yetimlərin hamısı da günlərdir ac idilər. Zavallı qadın, toy evinin qapısını döyüb, onlardan “atəş” istəyir. Ancaq məqsədi başqa idi. Qadın həmin qapıya “Bəlkə yemək verərlər” deyə getmişdi. Atəşpərəst, qadının niyyətini anlasa da, ona heç bir şey vermir.
Yazıq qadın, bir daha gedib “atəş” istəyir. Ancaq yenə də əli boş öz balalarının yanına qayıdır. Üçüncü dəfə yenə getməsinə baxmayaraq, qadın bu dəfə də evinə əliboş dönür. Amma, atəşpərəst, naməlum bir səbəbdən bu dəfə qadının halına acıyır. Hallarını anlamaq üçün dəhlizə enir və qulağını bitişik evin divarına söykəyərək dinləməyə başlayır.
Yetimlər, analarına yalvararaq:
– “Anacan, nə olar bir daha get. Bəlkə bu dəfə bir şey verərlər.” deyirdilər
Qadın isə gözyaşlarını və hıçqırıqlarını saxlaya bilmədən:
– “Balalarım! Üç dəfə getdim! Artıq utanıram. Əgər vermək istəsələrdi verərdilər.” deyirdi.
Atəşpərəst adam bütün bunları eşidir və ürəyi sızlayır. Evində gözəl bir süfrə hazırladıb, yetimlərin evlərinə göndərir. Təkrar dəhlizə enir və yenidən ev xalqını dinləməyə başlayır. Evdə yetimlərin ən kiçiyi dua edərək belə deyirdi:
– “Ya Rəbbi! O qonşumuz bizə necə ikram etdisə, sən də ona ikram et! Onu imanla şərəfləndir!”
– Evdən amiiiin! səsləri yüksəlir.
O anda, qəlbi dönən atəşpərəst kəlimeyi şəhadət gətirərək imanla şərəflənir.
Sədəqə, bəlanı necə önləyirsə, dua da, qədəri dəyişdirər! buyurmuşdur böyüklərimiz.

Read Previous

Özünüzü cəhənnəm odundan qoruyun!

Read Next

Əsl yoxsul kimdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.